​Polşada ilk qar bir neçə min insanı elektrik enerjisiz qoyub

​Polşada ilk qar bir neçə min insanı elektrik enerjisiz qoyub Yollarda yaranan çətin vəziyyət səbəbindən baş verən avtoqəzalarda bir neçə nəfər həlak olub
Digər ölkələr
13 Oktyabr , 2015 15:12
​Polşada ilk qar bir neçə min insanı elektrik enerjisiz qoyub

Bakı. 13 oktyabr. REPORT.AZ/ Polşada erkən yağan ilk qar kommunal xidmətləri qurumları üçün gözlənilməz olub. Yağan qar nəticəsində bir neçə min adam elektrik enerjisiz qalıb, yol qəzalarının statistikası isə kəskin şəkildə artıb. "Report" TASS-a istinadən xəbər verir ki, son bir neçə gündə Polşanın cənubundakı Malopolska və Sventokşisk əyalətlərində əsl qış mənzərəsini seyr etmək olur.

"Yalnız bazar ertəsi səhər yollarda sınaraq hərəkətə mane olan ağac budaqları və qırılan elektrik xətlərilə bağlı 280-dən artıq müraciət qəbul edilib", - Malopolska yanğından mühafizə xidmətinin nümayəndəsi bildirib. Bundan əlavə, bir çox avtomobil yollarında qəzalar səbəbindən vəziyyət gərginləşib. Yollarda yaranan çətin vəziyyət səbəbindən baş verən avtoqəzalarda bir neçə nəfər həlak olub. Legnitsa şəhərində bir nəfər sərxoş vəziyyətdə küçədə donaraq vəfat edib.

Sinoptiklər yağıntıların yaxın günlərdə təkrarlana biləcəyini proqnozlaşdırır. Meteoroloji müşahidələr tarixində Polşada erkən qarın yağması 1998-ci il oktyabrın 2-də qeydə alınıb. 2002-ci ildə qar oktyabrın 7-də, 2009-cu ilin oktyabrında isə ölkənin cənub-şərqində qarlı hava şəraiti hökm sürüb. Həmçinin 2004-cü ilin mayında və 2009-ci ilin 4 iyun tarixində də Polşa ərazisinə qar yağıb. 

Son xəbərlər

Orphus sistemi