Polşa ABŞ-la hərbi danışıqlar aparır

Polşa ABŞ-la hərbi danışıqlar aparır ABŞ-ın döyüş tankları və başqa hərbi texnikasının Polşada yerləşdirilməsi nəzərdə tutulur
Digər ölkələr
15 İyun , 2015 02:20
Polşa ABŞ-la hərbi danışıqlar aparır

Bakı. 15 İyun. REPORT.AZ/ Polşa hökuməti Birləşmiş Ştatlarla öz ərazisində Amerika silahlarının daimi yerləşdirilməsilə bağlı müzakirələr apardığını açıqlayıb. Silahların yerləşdirilməsi Birləşmiş Ştatların Şərqi Avropa və Baltikyanı ölkələrin Rusiyanın mümkün təcavüzündən müdafiə edilməsi məqsədli planının tərkib hissəsidir.

"Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Polşanın Müdafiə nazirliyi bildirib ki, planda ABŞ-ın döyüş tankları və başqa hərbi texnikasının yerləşdirilməsi nəzərdə tutulur. Müdafiə naziri Tomaş Simonyakın açıqlamasına görə, o, planı keçən ay Vaşinqtona səfəri zamanı ABŞ-ın hərbi dairələri ilə müzakirə edib və onu planın yaxın zamanda gerçəkləşdiriləcəyinə əmin ediblər.

"Bu, ABŞ-ın Polşada və regionda mövcudluğunun artırılması iistiqamətində daha bir addımdır"- deyə Polşa Müdafiə nazirliyi bildirib.

Plan ABŞ-ın Müdafiə naziri Eşton Karter və ABŞ prezidenti Barak Obama tərəfidən təsdiq edilsə, Birləşmiş Ştatlar Bolqarıstan, Estoniiya, Latviya, Litva, Rumıniya, Polşa və Macarıstanda döyüş avadanlığı və 5 min nəfərdən ibarət əsgəri yerləşdirə bilər.

Son xəbərlər

Orphus sistemi