​Polşa prezidenti yol qəzasına uğrayıb

​Polşa prezidenti yol qəzasına uğrayıb Ancey Dudanın maşını yoldan çıxaraq küvetə düşüb
Digər ölkələr
5 Mart , 2016 04:06
​Polşa prezidenti yol qəzasına uğrayıb

Bakı. 5 mart. REPORT.AZ/ Polşa prezidenti Ancey Dudanın avtomobili ölkənin cənubunda yoldan çıxaraq küvetə düşüb, sərnişinlərdən heç kim xəsarət almayıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə prezident yerli televiziyaya məlumat verib.

"Maşın yoldan çıxdı və kənara düşdü, lakin heç kim xəsarət almadı", — deyə Duda bildirib.

İnsident avtomobilin təkərlərindən birinin deşilməsi səbəbindən baş verə bilər.

Polis insidentin araşdırılması ilə məşğul olur.

Son xəbərlər

Orphus sistemi