Bakı. 18 yanvar. REPORT.AZ/ Polşanın Qdansk şəhərində təqribən 200 maskalı şəxs Sopot istiqamətində hərəkət edən sərrnişin qatarına hücum edib və qarışıq döyüş növləri üzrə yarışa gedən fanatlarla kütləvi dava salıblar.
"Report" " Radio Gdansk"a istinadən xəbər verir ki, hücum şənbə günü axşam, naməlum şəxsin Qdansk stansiyası ərazisində stop-kranı çəkərək qatarı dayandırmasından sonra baş verib.
Bu zaman onlarla maskalı şəxs qatara daş atmağa başlayıb, ardınca isə vaqonlara girərək turnirə yollanan azarkeşləri döyməyə başlayıblar.
Nəticədə 10 nəfər xəsarət alıb. Polis araşdırmalara başlayıb.