Polis Münxendə atəş açan şəxsin mənzilində axtarış aparıb

Polis Münxendə atəş açan şəxsin mənzilində axtarış aparıb Şübhəli şəxsin tanışları onu cinayət yerindən çəkilən videogörüntülərdən tanıyıb
Digər ölkələr
23 İyul , 2016 11:56
Polis Münxendə atəş açan şəxsin mənzilində axtarış aparıb

Bakı. 23 iyul. REPORT.AZ/ Polis Almaniyanın Münxen şəhərində atəş açmaqda şübhəli bilinən şəxsin valideynləri ilə birgə yaşadığı mənzilində axtarış aparıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bıld" nəşri yazıb.

Bildirib ki, mənzilə hücum şübhəli şəxsin yaxınlarının polisə xəbər verməsindən sonra baş verib. Onlar həmin şəxsi cinayət yerindən çəkilən videogörüntülərdən tanıyıblar. Axtarış onların polisə müraciət etmələrindən 3 saat sonra aparılıb. 

Şübhəli şəxsin mənzili Münxenin mərkəzi rayonunda - Maksforştadtda yerləşir.

Qeyd edək ki, dünən axşam Münxenin "Olimpiya" ticarət mərkəzinin yerləşdiyi rayonda baş verən atışma nəticəində 10 nəfər həlak olub, 20 nəfərə yaxın insan xəstəxanalara yerləşdirilib. Polisin məlumatına görə, əslən İrandan olan 18 yaşlı hücumçunun motivləri məlum deyil. O, tək olub və sonda intihar edib. 

Son xəbərlər

Orphus sistemi