​Polis Livanın mərkəzində keçirilən mitinqi dağıdıb

​Polis Livanın mərkəzində keçirilən mitinqi dağıdıb Etirazçılar Nazirlər Şurası binasına hücum ediblər
Digər ölkələr
30 Avqust , 2015 11:42
​Polis Livanın mərkəzində keçirilən mitinqi dağıdıb

Bakı. 30 Avqust. REPORT.AZ/ Livanın paytaxtı Beyrutda hökumət əleyhinə nümayişlər zamanı kütləvi iğtişaşlar baş qaldırıb.

"Report" xəbər verir ki, etirazçılar Nazirlər Şurasının iqamətgahına hücum ediblər.

Qanun keşikçiləri mitinqçiləri meydandan çıxarmağa başlayıblar, bir neçə nəfər saxlanılıb.

Bundan əvvəl Beyrutda etiraz aksiyaları zamanı təqribən 50 nəfərin xəsarət aldığı məlumat verilmişdi. Ölkə hakimiyyəti bir neçə ay ərzində paytaxt tullantılarının utilizasiyası haqqında ərazi mübahisəsini həll edə bilməyib və bu, nəticədə hökumət əleyhinə etirazlara gətirib çıxarıb.

Son xəbərlər

Orphus sistemi