Bakı. 24 yanvar. REPORT.AZ/ Polis Braziliyanın San-Paulu şəhərində keçirilən etiraz aksiyasını dağıtmaq üçün rezin güllə və gözyaşardıcı qaz tətbiq edib.
"Report" "France-Press"ə istinadən xəbər verir ki, təşkilatçıların məlumatna görə, şəhərin mərkəzinə 15 min insan toplaşıb.
Polis isə onların sayını 1,2 nəfər qiymətləndirib.
Onlar ictimai nəqliyyatda gediş haqlarının qaldırılmasına etiraz ediblər.
Polis aksiyanı etirazçıların əlində əldəqayırma silahların olması səbəbindən dağıtmaq məcburiyyətində qalıb.