Polis ABŞ-da qaçan cinayətkarın axtarıldığı hospitalı təcrid edib

Polis ABŞ-da qaçan cinayətkarın axtarıldığı hospitalı təcrid edib Hadisə Vaşinqtondan bir neçə kilometr aralıda yerləşən hospitalda baş verib
Digər ölkələr
31 Mart , 2015 20:24
Polis ABŞ-da qaçan cinayətkarın axtarıldığı hospitalı təcrid edib

Bakı. 31 mart. REPORT.AZ/ Polis ABŞ-ın Folls-Çerç şəhərində (Virciniya ştatı) həbsdən qaçan cinayətkarın axtarıldığı hospitalı təcrid edib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Vaşinqtondan bir neçə kilometr aralıda yerləşən İNOVA Feyrfaks (INOVA Fairfax Hospital) hospitalında baş verib. 

Qaçan dustağın adı Uossen Assayedir. Bildirilir ki, o, silahlı və təhlükəlidir. 

Bəzi KİV-lər hospital ərazisində atışmanın baş verdiyi haqqında məlumat yayıb. 

Son xəbərlər

Orphus sistemi