​Suriyada PKK rəhbərlərindən biri öldürülüb

​Suriyada PKK rəhbərlərindən biri öldürülüb ​Onunla birlikdə daha 8 nəfər zərərsizləşdirilib
Digər ölkələr
9 İyul , 2016 20:33
​Suriyada PKK rəhbərlərindən biri öldürülüb

Bakı. 9 iyul. REPORT.AZ/ PKK terror təşkilatının rəhbərlərindən biri, "Bahoz Ərdal" ləzəbli Fəhman Hüseyn Suriyada öldürülüb. 

"Report"un məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Məlumata görə, terrorçu Himo bölgəsindən Qamışlıya gedərkən hədəfə alınıb. 

İçində Fəhman Hüseynin olduğu avtomobilin partladılması nəticəsində onunla birlikdə daha 8 nəfər öldürülüb. Türkiyə mediası öldürülənlər arasında Fəhman Hüseynin cangüdəninin və yaxın tərəfdarlarının da olduğunu bildirib. 

Qeyd edək ki, Fəhman Hüseyn Türkiyədə bir sıra terror aktları törətməkdə ittiham olunur.     

Son xəbərlər

Orphus sistemi