​Perunun birinci xanımı çirkli pulların yuyulmasında şübhəli bilinir

​Perunun birinci xanımı çirkli pulların yuyulmasında şübhəli bilinir Ölkə prokurorluğu araşdırma aparmağa hazırlaşır
Digər ölkələr
26 Sentyabr , 2015 07:24
​Perunun birinci xanımı çirkli pulların yuyulmasında şübhəli bilinir

Bakı. 26 sentyabr. REPORT.AZ/ Peru prezidenti Olyanta Umalanın həyat yoldaşı Nadin Eredia çirkli pulların yuyulmasında iştirakda şübhəli bilinir.

"Report"un məlumatına görə, ölkə prokurorluğu müəyyən edib ki, birinci xanım bir neçə il ərzində naməlum mənbələrdən on min dollarlarla pul əldə edib.

"Prokuror xanım Nadin Eredianın 2006 və 2011-ci illərdə aparılan seçkiqabağı kampaniyalar zamanı aktivlərin yuyulması üzrə mümkün cinayətlə əlaqədar istintaq obyekti olması üçün araşdırmanın genişləndirilməsi göstərişi verib", — deyə "El Nuevo Herald" portalı prokurorluğun bəyanatını sitat gətirib.

Son xəbərlər

Orphus sistemi