​Peruda prezident seçkiləri keçirilir

​Peruda prezident seçkiləri keçirilir Dövlət başçısı postuna 10 namizəd iddia edir
Digər ölkələr
10 Aprel , 2016 16:31
​Peruda prezident seçkiləri keçirilir

Bakı. 10 aprel. REPORT.AZ/ Peruda prezident və parlament seçkilərinə start verilib.

"Report" xəbər verir ki, dövlət başçısı postuna 10 namizəd iddia edir.

Əsas namizədlərin sayı isə üç nəfərdir: sabiq prezident Alberto Fuximorinin qızı Keyko, sağçı mövqedən çıxış edən sabiq baş nazir Pedro Kuçinski və solçu Veronika Mendosa.

Namizədlər siyahısında, həmçinin iki sabiq prezident — Alan Qarsiya və Alexandro Toledo da var.

Perulular dövlət başçısı ilə yanaşı iki vitse-prezident, 130 Konqres üzvü və And parlamentinə 5 deputat seçəcəklər.

Son xəbərlər

Orphus sistemi