Peruda narkotik ​alverçilərinin təyyarələrinin vurulmasına icazə verilib

Peruda narkotik ​alverçilərinin təyyarələrinin vurulmasına icazə verilib Peru dünyada ən mühüm kokain tədarükçülərindən biridir
Digər ölkələr
21 Avqust , 2015 22:54
Peruda narkotik ​alverçilərinin təyyarələrinin vurulmasına icazə verilib

Bakı. 21 avqust. REPORT.AZ/ Peru Konqresi narkotiklərin daşınmasında şübhəli bilinən şəxsi təyyarələrin vurulmasına icazə verən qanunu yekdilliklə qəbul edib. 

"Report" BBC-yə istinadən xəbər verir ki, Peru dünyada ən mühüm kokain tədarükçülərindən biridir.

Perunun narkotiklərlə mübarizə agentliyi bildirib ki, narkotik alverçiləri kokaini digər ölkələr, xüsusilə də ABŞ-a kiçik təyyarələrdə daşıyır. 

Cənubi Amerikada narkotiklərlə mübarizə proqramına sponsorluq edən ABŞ Peru Hərbi Hava Qüvvələrinin şəxsi təyyarələri vurmasının əleyhinə çıxış edir. 2001-ci ildə Peru hərbçiləri səhvən amerikalı missionerlərin uçduğu təyyarəni vurub. 

Son xəbərlər

Orphus sistemi