​Peruda avtobusun dərəyə aşması nəticəsində 23 nəfər ölüb

​Peruda avtobusun dərəyə aşması nəticəsində 23 nəfər ölüb Avtobusun 100 metr hündürlükdən düşdüyü bildirilir
Digər ölkələr
11 Yanvar , 2015 12:50
​Peruda avtobusun dərəyə aşması nəticəsində 23 nəfər ölüb
Bakı. 11 yanvar. REPORT.AZ/ Perunun cənub-şərqində yerləşən Kusko regionunda avtobus yoldan çıxaraq dərəyə aşıb.

"Report" xəbər verir ki, son məlumatlara görə, yol qəzası nəticəsində 23 nəfər ölüb, 30 nəfər yaralanıb.

Avtobusun 100 metr hündürlükdən düşdüyü bildirilir. Qəzaya hava şəraitinin pis olması və yolların yaxşı vəziyyətdə olmaması səbəb ola bilər.

İnsident Sikuani və Santa-Barbara rayonlarını birləşdirən avtomobil trasında baş verib.

Son xəbərlər

Orphus sistemi