Bir neçə gün əvvəl Pentaqonun rəhbəri vəzifəsinə namizədliyi təstiqlənən Eşton Karter gözlənilmədən Əfqanıstana gəlib.
"Report"un RİA Novosti agentliyinə istinadla verdiyi xəbərə görə, E.Karter bu ölkənin prezidenti Əşrəf Qani Ahmadzay ilə görüşəcək.
Əsas müzakirə mövzusu isə Əfqanıstanda təhlükəsizliyi təmin edən NATO qüvvələri ölkədən təmamilə çıxarılmasından sonra cərəyan edən proseslər və vəziyyətin maksimal ölçüdə yaxşılaşdırılması olacaq.