Pentaqon: Suriya qoşunlarına aviazərbə qəsdən endirilməyib

Pentaqon: Suriya qoşunlarına aviazərbə qəsdən endirilməyib Zərbə nəticəsində 62 Suriya hərbçisi ölüb, 100 nəfər yaralanıb
Digər ölkələr
18 Sentyabr , 2016 00:14
Pentaqon: Suriya qoşunlarına aviazərbə qəsdən endirilməyib

Bakı. 18 sentyabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus qırıcı təyyarələr Deyr-əz-Zorun cənubundakı (Suriya) obyektlərə onların İŞİD terror qruplaşmasına məxsus olduğunu zənn edərək zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının TASS-a daxil olan bəyanatında bildirilir.

Hücum zamanı Suriya ordusunun 62 hərbçisi ölüb, 100-ü yaralanıb.

Son xəbərlər

Orphus sistemi