Pentaqon rəhbəri Əfqanıstana əvvəlcədən elan etmədən səfər edib

Pentaqon rəhbəri Əfqanıstana əvvəlcədən elan etmədən səfər edib Səfər zamanı o Əfqanıstan rəhbərliyi və amerikalı hərbçilərlə görüşüb
Digər ölkələr
6 Dekabr , 2014 13:50
Pentaqon rəhbəri Əfqanıstana əvvəlcədən elan etmədən səfər edib
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ müdafiə naziri Çak Xeyqel əvvəlcədən elan etmədən Əfqanıstanın paytaxtı Kabilə səfər edib. Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir. Bu səfər ABŞ-ın əsas hərbi hissələrinin ölkədən çıxarılması ilə bağlıdır. "Mən əminəm ki, Əfqanıstan təhlükəsizlik qüvvələri Kabili müdafiə edə biləcək", - Pentaqonun rəhbəri bildirib və "Taliban" hərəkatının yaraqlıları ilə bağlı təhlükədən danışıb. 

Qeyd edək ki, 68 yaşlı Xeyqelin Kabilə ABŞ müdafiə naziri qismində son səfəridir. 

Dekabrın 5-də prezident Barak Obama Pentaqonun rəhbəri vəzifəsinə Eştona Karterin namizədliyini irəli sürüb. 

Son xəbərlər

Orphus sistemi