​Pentaqon: Koalisiya İŞİD-in silah anbarı və bomba zavodunu məhv edib

​Pentaqon: Koalisiya İŞİD-in silah anbarı və bomba zavodunu məhv edib İraq və Suriyada ümumilikdə 22 hava zərbəsi endirilib
Digər ölkələr
30 Noyabr , 2015 06:54
​Pentaqon: Koalisiya İŞİD-in silah anbarı və bomba zavodunu məhv edib

Bakı. 30 noyabr. REPORT.AZ/ Birləşmiş beynəlxalq koalisiya qüvvələri ötən sutka ərzində İraq və Suriyada "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) mövqelərinə 22 hava zərbəsi endirib.

"Report" xəbər verir ki, bu barədə bazar günü koalisiya qüvvələri komandanlığına istinadən Pentaqon məlumat yayıb.

"ABŞ və koalisiya qüvvələri Suriyada Rakka və Deyr əz-Zor rayonlarında İŞİD-in mövqelərinə 3 hava zərbəsi endirib. Nəticədə qruplaşmanın iki ayrıca taktiki bölməsi və üç ədəd texnikası məhv edilib. İraqda beynəlxalq qüvvələr İŞİD silahlılarının cəmləşdiyi 12 müxtəlif rayonda 19 zərbə endiriblər. İraqda İŞİD-in doqquz taktiki mövqeyi, dörd atəş mövqeyi, silah anbarı və bomba hazırlayan zavodu, dörd infrastruktur obyekti və iki nəqliyyat vasitəsi məhv edilib", - deyə məlumatda bildirilib.

Tərkibinə 65 ölkənin daxil olduğu beynəlxalq koalisiya Suriya və İraqda "Sarsılmaz qətiyyət" əməliyyatı çərçivəsində hava zərbələri endirir.

Son xəbərlər

Orphus sistemi