Pentaqon: “İslam dövləti”nin daha bir lideri Suriyada məhv edilib

Pentaqon: “İslam dövləti”nin daha bir lideri Suriyada məhv edilib Tariq bin Tahar əl-Avni əl-Harzi pilotsuz təyyarənin endirdiyi zərbə nəticəsində öldürülüb
Digər ölkələr
3 İyul , 2015 04:12
Pentaqon: “İslam dövləti”nin daha bir lideri Suriyada məhv edilib

Bakı. 3 iyul. REPORT.AZ/ Terrorçu “İslam dövləti” qruplaşmasının daha bir lideri ötən gün Suriyanın şimalında öldürülüb.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Tariq bin Tahar əl-Avni əl-Harzi adlı bu şəxs ABŞ-ın başçılıq etdiyi Beynəlxalq koalisiya qüvvələri tərəfindən Şaddadi şəhərində məhv edilib.

Pentaqon rəsmisi, kapitan Ceff Devis bildirib ki, pilotsuz təyyarənin endirdiyi zərbə nəticəsində öldürülən əl-Harzinin qardaşı da hadisədən bir gün əvvəl İraq ərazisində öldürülüb.

Devisin sözlərinə görə, əl-Harzi İraqa canlı qüvvə və silah-sursat keçirilməsinə nəzarət edib.

Son xəbərlər

Orphus sistemi