ABŞ: İŞİD kimyəvi silahdan istifadə edə bilər

ABŞ: İŞİD kimyəvi silahdan istifadə edə bilər Son döyüşlərdə iştirak edən 60-dək kürd silahlısı nəfəs almaqda çətinlik çəkir
Digər ölkələr
14 Avqust , 2015 07:12
ABŞ: İŞİD kimyəvi silahdan istifadə edə bilər

Bakı. 14 avqust. REPORT.AZ/ ABŞ rəsmiləri İŞİD qruplaşmasının kimyəvi silahdan istifadəsi ilə bağlı məlumatları araşdırır. 

"Report"-un BBC-yə istinadən verdiyi xəbərə görə, son döyüşlərdə iştirak edən 60-dək kürd silahlısı nəfəs almaqda çətinlik çəkdiklərini bildiriblər.

Ekspertlər hesab edir ki, İŞİD kürdlərin olduğu ərazidə "Iprit" adlı qadağan olunmuş zəhərli maddəni yayıb.

ABŞ Təhlükəsizlik Şurasının nümayəndələri  kimyəvi silahın istifadəsinə dair məlumatı araşdıracaqlarını vəd ediblər.

Son xəbərlər

Orphus sistemi