Pentaqon: "İraq höküməti İslam Dövlətindən ərazilərin dörddə birini geri alıb"

Pentaqon: "İraq höküməti İslam Dövlətindən ərazilərin dörddə birini geri alıb" İD keçən ilin iyun ayında İraqın şimal və qərbində böyük əraziləri ələ keçirmişdi
Digər ölkələr
14 Aprel , 2015 21:21
Pentaqon: İraq höküməti İslam Dövlətindən ərazilərin dörddə birini geri alıb

Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ-ın rəhbərliyi altında ötən ilin avqustunda başlayan hava hücumlarından sonra terrorçu İslam Dövləti (İD) qruplaşması İraqda nəzarət etdiyi ərazilərin 25 faizdən çoxunu itirib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon sözçüsü Polkovnik Steve Warren deyib.

O bildirib ki, ümumi gedişatın dəyişdiyini demək çox tezdir, lakin hava hücumları və İraqın quru qoşunları “şübhəsiz ki terrorçulara müəyyən dərəcəd zərbə vurub”.

Bu bəyanat, İraqın baş naziri Heydər əl-Abadi ilə prezident Barack Obama arasında Vaşinqtonda planlaşdırılan danışıqlardan öncə səslənib.

Xatırladaq ki, İD, keçən ilin iyun ayında İraqın şimal və qərbində böyük əraziləri ələ keçirmişdi.

Son xəbərlər

Orphus sistemi