Pentaqon: Əfqanıstanın Kunduz şəhərində vəziyyət stabil deyil

Pentaqon: Əfqanıstanın Kunduz şəhərində vəziyyət stabil deyil ABŞ hərbi qüvvələri həmin əraziyə hava hücumları təşkil edib
Digər ölkələr
30 Sentyabr , 2015 00:14
Pentaqon: Əfqanıstanın Kunduz şəhərində vəziyyət stabil deyil

Bakı. 30 sentyabr. REPORT.AZ/ Əfqanıstanın Kunduz şəhərində yeni toqquşmalar qeydə alınıb.

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Piter Kuk bəyan edib ki, ABŞ Talibanın nəzarətində olan bu şəhəri ələ almağa cəhd göstərən təhlükəsizlik qüvvələrinə dəstək verəcək.

“Kunduz şəhərində vəziyyət stabil deyil. Lakin biz Əfqanısan ordusunun hazırlıq səviyyəsindən əminik”, - deyə Pentaqon rəsmisi vurğulayıb.

ABŞ hərbi qüvvələri artıq həmin əraziyə hava hücumları təşkil edib.

Taliban bayrağını şəhər mərkəzində dalğalandıraraq 500 məhbusu həbsxanadan azad edən Taliban nümayəndələri isə yeni əraziləri ələ keçirdiklərini iddia edirlər.

Əfqanıstan baş komandanın müavini general Murad Əli Murad isə bildirib ki, hərbi qüvvələr şəhəri mühasirəyə alıb.

Kunduz şəhərinin hökumət qüvvələrinin nəzarətindən çıxması prezident Əşrəf Qani iqtidarı üçün böyük uğursuzluq kimi qiymətləndirilir.

Taliban sözçüsü Zabihullah Mücahid media vasitəsi ilə xarici humanitar qrupların Kunduzda fəaliyyətlərini fasiləsiz davam etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi