Pentaqon: ABŞ və Rusiya arasında Suriyada əməkdaşlıq üzrə razılaşma yoxdur

Pentaqon: ABŞ və Rusiya arasında Suriyada əməkdaşlıq üzrə razılaşma yoxdur "Bəzi ziddiyyətlər aradan qaldırılıb"
Digər ölkələr
27 Avqust , 2016 07:01
Pentaqon: ABŞ və Rusiya arasında Suriyada əməkdaşlıq üzrə razılaşma yoxdur

Bakı. 27 avqust. REPORT.AZ/ Hazırda ABŞ və Rusiya hərbçiləri arasında Suriyada əməkdaşlığa dair heç bir razılaşma yoxdur.

"Report" xəbər verir ki, bunu şənbə günü RİA "Novosti"yə Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk deyib.

"Müzakirələrdə uzunmüddətli qərarların qəbul edilməsi üzrə yaranan bəzi ziddiyyətlər aradan qaldırılıb, lakin dövlət katibinin dediyi kimi, hələ həll olunmalı məsələlər qalmaqdadır. Hazırda saziş yoxdur", - deyə Kuk bildirib.

Son xəbərlər

Orphus sistemi