"Patricia" qasırğası Meksikada 3500 evi zədələyib

"Patricia" qasırğası Meksikada 3500 evi zədələyib Məlumatı ölkə prezidenti Enrique Pena Nieto açıqlayıb
Digər ölkələr
25 Oktyabr , 2015 18:29
Patricia qasırğası Meksikada 3500 evi zədələyib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Güclü "Patricia" qasırğası Meksikanın Sakit Okeana yaxın olan ştatlarında ciddi fəsadlara yol açıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, sahil yaxınlığında yerləşən 3 500 tikili zədələnib. Məlumatı ölkə prezidenti Enrique Pena Nieto açıqlayıb.

Bundan əvvəl Meksika rəsmiləri "Patricia" qasırğasının indiyədək ölkənin üzləşdiyi ən şiddətli təbii fəlakət olacağını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi