Bakı. 1 iyun. REPORT.AZ/ Fransanın paytaxtı Parisin şərqində 8 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində özünü pəncərədən atan qadın ölüb, 8 nəfər isə xəsarət alıb.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan iki qadının vəziyyəti ağırdır.
Yanğının baş vermə səbəbi hələlik məlum deyil.
Hadisə yerinə 20 yanğınsöndürən avtomobil cəlb olunub.