Bakı. 28 fevral. REPORT.AZ/ Keçən il noyabr ayının 13-də Parisdə törədilmiş terror aktlarının təhqiqatı ilə əlaqədar şübhəli bilinən bir şəxs Əlcəzairdə həbs olunub.
"Report"un "Lenta.Ru"-ya istinadən verdiyi xəbərə görə, Əlcəzair hakimiyyət orqanları bildirib ki, 29 yaşlı Əlcəzair və Belçika vətəndaşı olan Zahir Mehdaoui terror aktları vaxtı Brüsseldə olsa da qanlı insidentin təşkilatçıları ilə birbaşa əlaqədə olub.
Bundan əvvəl, yanvarın 18-də Rabatda bir nəfər Mərakeş əsilli Belçika vətəndaşı saxlanılıb. Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə həmin şəxsin noyabrın 13-də Parisdə törədilmiş terror aktlarına “birbaşa aidiyyəti olub”.
Qeyd edək ki, ötən il noyabrın 13-də Parisdə eyni vaxtda bir neçə yerdə törədilmiş silsilə terror aktları nəticəsində 130 nəfər həlak olub, xeyli insan yaralanmışdı.