​Parisdə terror aktı zamanı sağ qalan amerikalı, 11 sentyabr hadisələrini də yaşayıb

​Parisdə terror aktı zamanı sağ qalan amerikalı, 11 sentyabr hadisələrini də yaşayıb Metyu Parisdə yaşananların daha pis olduğunu bildirib
Digər ölkələr
22 Noyabr , 2015 16:47
​Parisdə terror aktı zamanı sağ qalan amerikalı, 11 sentyabr hadisələrini də yaşayıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Noyabrın 13-də Parisdə törədilən və 130 nəfərin ölümünə səbəb olan silsilə terror aktları zamanı sağ qalan amerikalı, 11 sentyabr 2011-ci il tarixində Nyu-Yorkda baş vermiş faciədə də xilas ola bilib.

"Report" xəbər verir ki, 36 yaşlı Metyu terrorçuların Parisin "Bataklan" konsert zalına hücumu zamanı ayağından güllə yarası alıb və o, özünü ölülüyə vurub.

Metyu bildirib ki, 2001-ci ildə Nyu-Yorkda əkiz binalara hücum edilən zaman, o düz həmin qüllələrin aşağısında olub. Amerikalının sözlərinə görə, o, Manhettanın yarısını qaçıb, lakin "Bataklan"da yaşananlar daha pis olub.

Son xəbərlər

Orphus sistemi