​Parisdə sinaqoq yaxınlığında atışma baş verib

​Parisdə sinaqoq yaxınlığında atışma baş verib Fransa polisi sinaqoqun yerləşdiyi küçəni mühasirəyə alıb, nəqliyyatın hərəkəti tamamilə dayandırılıb
Digər ölkələr
10 Yanvar , 2015 17:38
​Parisdə sinaqoq yaxınlığında atışma baş verib

Bakı. 10 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində silah səslərinin eşidildiyi və sinaqoq yaxınlığında bir şəxsin girov götürülməsi barədə məlumatlar yayılıb.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Fransa polisi sinaqoqun yerləşdiyi Jan Nohain küçəsini mühasirəyə alıb, nəqliyyatın hərəkəti tamamilə dayandırılıb, küçəyə giriş bağlanılıb.

Xəbərdə polisin əməliyyata hazırlaşdığı da qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi