​Parisdə naməlum şəxs polisi öldürərək bir neçə nəfəri girov götürüb

​Parisdə naməlum şəxs polisi öldürərək bir neçə nəfəri girov götürüb Qatil öldürülən polisin evində gizlənib
Digər ölkələr
14 İyun , 2016 01:21
​Parisdə naməlum şəxs polisi öldürərək bir neçə nəfəri girov götürüb

Bakı. 14 iyun. REPORT.AZ/ Paris ətrafında naməlum şəxs polis əməkdaşını onun evi qarşısında bıçaqla öldürərək içəri daxil olub və orada bir neçə nəfəri girov götürüb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Frans Press" məlumat yayıb.

Hadisə Parisin şimal-qərbində yerləşən Mananviledə baş verib. Cani qətli törətdikdən sonra evə daxil olaraq mərhumun həyat yoldaşını və oğlunu girov götürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi