Bakı. 7 yanvar. REPORT.AZ/ Parisdə "Çarli Hebdo" (Charlie Hebdo) jurnalının redaksiyasında atışma baş verib, ən azı 10 nəfər ölüb.
"Report" "Euronews"ə istinadən xəbər verir ki, polis əməkdaşları dərhal hadisə yerinə gəlib.
Ölənlərin sayının artacağı istisna olunmur.
Qeyd edək ki, "Çarli Hebdo" 2012-ci ildə Məhəmməd peyğəmbərin (s.a.s.) karikaturasını dərc etdiyinə görə müsəlmanların etirazı ilə üzləşmişdi.