​Parisdə ən azı beş terrorçu öldürülüb

​Parisdə ən azı beş terrorçu öldürülüb Onlardan üçü "Bataklan" konsert zalında zərərsizləşdirilib
Digər ölkələr
14 Noyabr , 2015 05:42
​Parisdə ən azı beş terrorçu öldürülüb

Bakı. 14 noyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə törətdikləri terror aktlarından sonra ən azı 5 terrorçu ölüb.

"Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Onlardan üç nəfəri "Bataklan" konsert zalında polis tərəfindən öldürülüb. Daha iki nəfər isə "Stad de Frans" stadionu ərazisində özünü partladan terrorçu-kamikadzedir.

Bununla belə, daha bir neçə terrorçu hadisə yerindən qaçmağa müvəffəq olub.

Parisdə terror aktları nəticəsində ölənlərin sayı ilə bağlı məlumatlar fərqlidir. Yerli KİV 140-150 nəfərin öldüyünü xəbər verir.

Son xəbərlər

Orphus sistemi