​Paris-Brüssel sürət qatarının hərəkəti dayandırılıb

​Paris-Brüssel sürət qatarının hərəkəti dayandırılıb Kabellər yandırılıb
Digər ölkələr
30 Noyabr , 2015 14:39
​Paris-Brüssel sürət qatarının hərəkəti dayandırılıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Brüssellə Paris arasında hərəkət edən "Thalys" və "Eurostra" sürət qatarlarının kabelləri yandırıldığından iki şəhəri birləşdirən dəmiryol xətti işləmir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Belçikanın Fransa ilə sərhədə yaxın yerləşən Eno əyalətinin dəmiryol idarəsindən bildirilib.

"Brüssel-Lill sahəsində hərəkət tamamilə dayanıb. Əvvəlcə elə bildik ki, kabeli oğurlayıblar. Ancaq sonradan polis müəyyən etdi ki, dəmiryolunun siqnalları idarə edən sieteminin kabelləri At yaşayış məntəqəsində 4 müxtəlif yerdən bilərəkdən yandırılıb", - məlumatda vurğulanıb.

Qatarların iş rejiminin pozulması sərnişinlərin həyatı üçün təhlükə yaratmır.

Polis və prokurorluq araşdırma aparır.

Hazırda ərazidə təmir işləri görülür, yerli vaxtla saat 14.00-da (Bakı vaxtı ilə 17-də) qatarların hərəkətinin bərpa olunacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi