Roma ​Papası Ukraynaya səfər edəcək

Roma ​Papası Ukraynaya səfər edəcək Almaniyanın kansleri Angela Merkel Roma papası ilə görüşdə bu ölkədəki vəziyyəti müzakirə edib
Digər ölkələr
23 Fevral , 2015 14:31
Roma ​Papası Ukraynaya səfər edəcək

Bakı. 23 fevral. REPORT.AZ/ Roma Papası Frantsisk Ukraynaya səfər etməyə razılıq verib.

"Report" "unn.ua"ya istinadən xəbər verir ki, onu Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinə dəvət edib.

"Mən bir neçə gün öncə Vatikandan qayıtmışam. Orada Papa Frantsisklə görüşmüşəm. Ona prezident Pyotr Poroşenkonun dəvətini təqdim etmişəm. Papa bizə dedi ki, Ukraynaya gələcək",- bunu Ukrayna Təhlükəsizlik Xidməti yanında girovların azad edilməsi Mərkəzinin təmsilçisi Yuri Tandit söyləyib.

Mənbənin məlumatına görə, bu günlərdə Almaniyanın kansleri Angela Merkel Roma papası ilə görüşdə Ukraynadakı vəziyyəti müzakirə edib. 

İngilis versiyası The Pope will visit Ukraine

Son xəbərlər

Orphus sistemi