​Pan Gi Mun: "Yəməndəki münaqişəni dinc yolla həll etmək lazımdır"

​Pan Gi Mun: "Yəməndəki münaqişəni dinc yolla həll etmək lazımdır" Yəmən prezidenti müttəfiqləri hərbi əməliyyatları davam etdirməyə çağırıb
Digər ölkələr
28 Mart , 2015 16:22
​Pan Gi Mun: Yəməndəki münaqişəni dinc yolla həll etmək lazımdır

Bakı. 28 mart. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun Yəməndəki münaqişəni dinc yolla həll etməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BBC teleradiosu məlumat yayıb.

"Mən tam əminəm ki, Ərəb Dövlətləri Liqasının sammitində üzv ölkələrin liderləri Yəməndəki münaqişənin dinc yolla həli ilə bağlı dəqiq plan hazırlayacaqlar ", - o, Misirin Şarm əş-Şeyx şəhərində keçirilən zirvə toplantısındakı çıxışında vurğulayıb.

Xatırladaq ki, bu gün Şarm əş-Şeyxdə ƏDL-ə üzv dövlətlərin liderlərinin zirvə toplantısı öz işinə başlayıb.

Yəmən prezidenti Abdrabbu Mansur Hadi müttəfiqləri husi qiyamçıları tam təslim olanadək hərbi əməliyyatları davam etdirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi