Pan Gi Mun Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərini Ukrayna böhranının həllinə dair razılaşmalara əməl etməyə çağırıb

Pan Gi Mun Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərini Ukrayna böhranının həllinə dair razılaşmalara əməl etməyə çağırıb BMT baş katibi bütün tərəfləri uzunmüddətli və real şəkildə atəşkəsi təmin etməyə səsləyib
Digər ölkələr
13 Fevral , 2015 11:19
Pan Gi Mun Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərini Ukrayna böhranının həllinə dair razılaşmalara əməl etməyə çağırıb

Bakı. 13 fevral. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun Rusiya, Ukrayna, Fransa və Almaniya liderlərinin Ukraynanın şərqində davam edən münaqişənin çözülməsi ilə bağlı "intensiv diplomatik səylərini" alqışlayıb. "Report" BMT-nin məlumat  mərkəzinə istinadən xəbər verir ki, Pan Gi Mun Minskdə qəbul edilən razılaşmaların yerinə yetiriləcəyinə ümidvar olduğunu bildirib. O qeyd edib ki, BMT münaqişənin həllində istənilən köməyi göstərməyə hazırdır.

"BMT baş katibi Rusiya, Ukrayna, Fransa və Almaniyanın son 2 gündə Minskdəki diplomatik səylərini diqqətlə izləyir", -  BMT mətbuat katibinin baş katibin adından yaydığı bəyanatında deyilir. 

Pan Gi Mun görüş iştirakçılarının bu silahlı münaqişənin dayandırılması ilə bağlı səylərini alqışlayıb. Həmin səylər nəticəsində 2014-cü ilin sentyabr ayında əldə olunan Minsk razılaşmalarının həyata keçirilməsinə dair hazırda sənədlər imzalanıb.

BMT rəhbəri bütün tərəflərin Minskdə qəbul edilən öhdəlikləri yerinə yetirəcəklərinə ümidvar olduğunu bildirib. O, maraqlı tərəfləri, fevralın 15-dən başlayaraq, uzunmüddətli və həqiqi atəşkəsi təmin etməyə və beləliklə də, Minsk razılaşmaları əsasında münaqişənin daha geniş siyasi həlli üçün imkanların yaradılmasına səsləyib. 


Pan Gi Mun bildirib ki, BMT istənilən yardımı göstərməyə hazırdır. O vurğulayıb ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının tərəfdarıdır. 

Son xəbərlər

Orphus sistemi