Pan Gi Mun: "Suriyadakı vəziyyətə Beynəlxalq Cinayət Məhkəməsində baxılmalıdır"

Pan Gi Mun: "Suriyadakı vəziyyətə Beynəlxalq Cinayət Məhkəməsində baxılmalıdır" BMT baş katibi Suriya böhranının siyasi həlli ilə bağlı ilk hesabatı Təhlükəsizlik Şurasına təqdim edib
Digər ölkələr
19 Fevral , 2016 11:34
Pan Gi Mun: Suriyadakı vəziyyətə Beynəlxalq Cinayət Məhkəməsində baxılmalıdır

Bakı. 19 fevral. REPORT.AZ/ "Suriyadakı vəziyyətə və ölkədə törədilən cinayətlərə Beynəlxalq Cinayət Məhkəməsində baxılmalıdır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri BMT baş katibi Pan Gi Mun deyib.

Ümumdünya təşkilatının rəhbəri Suriya böhranının siyasi həlli ilə bağlı 2254 saylı qətnamənin icrası üzrə ilk hesabatı BMT Təhlükəsizlik Şurasına təqdim edib.

"Mən yenə Təhlükəsizlik Şurasını Suriyada böhranını Beynəlxalq Cinayət Məhkəməsinə verməyə çağırıram. Günahkarlar hələ də törədilməkdə davam edən dəhşətli cinayətlərə görə cavab verməlidir", - sənəddə deyilir.

Son xəbərlər

Orphus sistemi