Palmirada İŞİD qurbanlarının kütləvi məzarlığı aşkar edilib

Palmirada İŞİD qurbanlarının kütləvi məzarlığı aşkar edilib Məzarlıqda təxminən 40 cəsəd var
Digər ölkələr
2 Aprel , 2016 16:52
Palmirada İŞİD qurbanlarının kütləvi məzarlığı aşkar edilib

Bakı. 2 aprel. REPORT.AZ/ Suriya hakimiyyəti İŞİD qruplaşmasından geri aldığı Palmira şəhərində terrorçuların qurbanlarının kütləvi məzarlığını aşkar edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, məzarlıqda təxminən 40 cəsəd var. Cəsədlər əsasən döyüşlərdə öldürülmüş hərbçilərə və iqtidaryönümlü üsyançılara məxsus olub. Eyni zamanda bir neçə mülkü vətəndaşın və üç uşağın da cəsədi aşkar edilib.

Yerli polisin yaydığı məlumata görə, öldürülənlərin hamısı ya güllələnib, ya da onların başı kəsilib. 

Son xəbərlər

Orphus sistemi