Pakistanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı artıb

Pakistanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı artıb Xilasedicilər əzilmiş qatardan 3 nəfəri çıxarıblar
Digər ölkələr
15 Sentyabr , 2016 10:39
Pakistanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı artıb

Bakı.15 sentyabr. REPORT.AZ/ Pakistanın Pəncab əyalətində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

"Report" RBK-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 150 nəfər xəsarət alıb.

İnformasiyaya görə, xəsarət alanlardan 10-nun vəziyyəti ağırdır.

Xilasedicilər əzilmiş qatardan 3 nəfəri çıxarıblar.

Məlumata əsasən, toqquşma nəticəsində 4 vaqon relsdən çıxıb.

Hadisənin başvermə səbəbi məlum deyil, təhqiqat aparılır. 

Son xəbərlər

Orphus sistemi