Pakistanda baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb - YENİLƏNİB

Pakistanda baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb - YENİLƏNİB Bu, Bəlucistan vilayətində bu həftə ərzində baş vermiş ikinci partlayışdır
Digər ölkələr
11 Avqust , 2016 10:19
Pakistanda baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 11 avqust. REPORT.AZ/ Pakistanın Kvetta şəhərində baş vermiş partlayış nəticəsində azı 12 nəfər xəsarət alıb.

Bu barədə "Report" "Express Tribune" internet-qəzetinə istinadən xəbər verir.

İlkin məlumata görə, zirehdələn mərmi-fuqas partlayıb. Bəlucistan vilayətinin daxili işlər naziri Mir Şərfəraz Buqti bildirib ki, partlayıcı qurğu yerləşdirən terrorçuların hədəfi vilayətin federal şəriət məhkəməsinin hakimi Zahur Şavani ola bilərmiş. Onun sözlərinə görə, hakimin kortejini müşayiət edən antiterror xidməti əməkdaşları yaralanıb.


*** 09:35

Bakı. 11 avqust. REPORT.AZ/ Pakistanın Kvetta şəhərində bu həftə ərzində ikinci dəfə partlayış olub.

"Report" Pakistan KİV-ə istinadən xəbər verir ki, şəhərdəki özəl klinikalardan birinin yaxınlığında baş vermiş partlayış nəticəsində azı dörd nəfər xəsarət alıb.

Partlayışın dəqiq səbəbi məlum deyil.

Qeyd edək ki, bu, Bəlucistan vilayətinin paytaxtında bu həftə ərzində baş vermiş ikinci partlayışdır. Avqustun 8-də Kvettanın mərkəzi xəstəxanalarının birində partlayış olmuşdu. Bu olay Bəlucistan Hakimlər Kollegiyası Assosiasiyasının prezidenti Bilal Ənvər Kasinin öldürülməsindən bir neçə saat sonra baş vermişdi. Partlayış nəticəsində təxminən 100 nəfər həlak olmuşdu. Terror hücumuna görə məsuliyyəti əvvəlcə "Taliban" radikal hərəkatı, ardından isə İŞİD terror qruplaşması üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi