​Pakistanda yol qəzası nəticəsində 10 nəfər ölüb, 31 nəfər yaralanıb

​Pakistanda yol qəzası nəticəsində 10 nəfər ölüb, 31 nəfər yaralanıb Sürət həddinin aşılması nəticəsində baş verən qəzada ölənlərdən üçü uşaqdır
Digər ölkələr
24 May , 2016 13:49
​Pakistanda yol qəzası nəticəsində 10 nəfər ölüb, 31 nəfər yaralanıb

Bakı. 24 may. REPORT.AZ/ Pakistanın Sind əyalətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 10 nəfər ölüb, 31 nəfər isə yaralanıb.

"Report" xərbər verir ki, bu haqda TASS məlumat yayıb.

Məlumata görə, Karaçidən Şahdadkota doğru yüksək sürətlə hərəkət edən avtobus aşıb. Yaralı sərnişinlər xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyətinin çox ağır olduğu bildirilib. Ölənlərdən üçü uşaqdır.

Polisin məlumatına görə, qəza sürət həddinin aşılması nəticəsində baş verib. 

Son xəbərlər

Orphus sistemi