Pakistanda yaraqlıların blok-posta hücumu nəticəsində üç hərbi qulluqçu ölüb

Pakistanda yaraqlıların blok-posta hücumu nəticəsində üç hərbi qulluqçu ölüb Hücum edənlər qaçmağı bacarıb, hazırda onların axtarışı həyata keçirilir
Digər ölkələr
17 Fevral , 2016 12:41
Pakistanda yaraqlıların blok-posta hücumu nəticəsində üç hərbi qulluqçu ölüb

Bakı. 17 fevral. REPORT.AZ/ Pakistanda yaraqlıların blok-posta hücumu nəticəsində DİN-in üç hərbi qulluqçusu ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, hadisə Bəlucistan əyalətinin Kohli şəhərində baş verib.

Pakistan hərbi komandanlığının nümayəndəsinin məlumatına görə, daha iki əsgər yaralanıb. Hücum edənlər qaçmağı bacarıb, hazırda onların axtarışı həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi