Pakistanda partlayış nəticəsində ölənlərin sayı 93-ə çatıb - YENİLƏNİB-2

Pakistanda partlayış nəticəsində ölənlərin sayı 93-ə çatıb - YENİLƏNİB-2 Ölənlərin çoxu jurnalist və hüquqşünasdır
Digər ölkələr
8 Avqust , 2016 14:35
Pakistanda partlayış nəticəsində ölənlərin sayı 93-ə çatıb - YENİLƏNİB-2

Bakı. 8 avqust. REPORT.AZ/ Pakistanın Bəlucistan əyalətinin cənub-qərbində, Kvetta şəhərində xəstəxanada törədilən partlayış nəticəsində ölənlərin sayı 93-ə çatıb.

"Report" xəbər verir ki, bu haqda "Vesti.ru" məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl həmin hadisə nəticəsində 53 nəfərin öldüyü, 50 nəfərin yaralandığı haqda məlumat yayılmışdı.

*** 12:00

Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərindəki xəstəxananın reanimasiya şəbəsində törədilən partlayış nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.

"Report" yerli "Dunya News" telekanalına istinadən xəbər verir ki, ölənlərin çoxu jurnalist və hüquqşünasdır. Onların arasında Bəlucistan Vəkillər Kollegiyasi Assosiasiyasının keçmiş prezidenti Bilal Ənvər Qazi də var.

Məlumata görə, terror hadisəsi nəticəsində onlarla insan xəsarət alıb.

*** 10:11

Bakı. 8 avqust. REPORT.AZ/ Pakistanın Kvetta şəhərində hospitaldakı partlayış nəticəsində 30 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, partlayış səhər saatlarında baş verib. Xəstəxanadan verilən məlumatda bildirilib ki, partlayış reanimasiya şöbəsində törədilib.

Partlayışdan sonra naməlum şəxslər atəş açıblar.

Hadisə yerində Pakistan təhlükəsizlik qüvvələri əməliyyat keçirib. 

Son xəbərlər

Orphus sistemi