Bakı. 20 Yanvar. REPORT.AZ/ Pakistanın şimal-qərbində yerləşən Çarsadda şəhərindəki universitetə silahlı hücum nəticəsində ölənlərin sayı ilkin məlumatlara görə, 21-ə çatıb. "Report" xəbər verir ki, bu barədə "Dawn" agentliyi məlumat verib.
Universitet kampları və tələbə yataqxanaları boşaldılıb. Hadisə yerinə güc orqanlarının və xilasetmə xidmətlərinin əməkdaşları gəlib.
Hücum zamanı təhsil müəssisəsində 3 minə yaxın tələbə olub.
***09:51
Pakistanın şimal-qərbində yerləşən Çarsadda şəhərindəki universitetə silahlı hücum edilib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı azı iki partlayış da həyata keçirilib.
Silahlı hücum nəticəsində ən azı bir nəfər ölüb, altı nəfər isə yaralanıb.