​Pakistanda "Taliban"ın sığınacaqları bombalanıb

​Pakistanda "Taliban"ın sığınacaqları bombalanıb Onlardan üçü Özbəkistandandır
Digər ölkələr
26 Dekabr , 2014 13:36
​Pakistanda Talibanın sığınacaqları bombalanıb

Bakı. 26 dekabr. REPORT.AZ/ "Taliban" yaraqlılarının Pakistanın şimal-qərb hissəsində - köçəri tayfaların məskunlaşdığı Şimali Vəziristan əyalətindəki sığınacaqları pilotsuz uçan qurğular vasitəsi ilə bombalanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ordunun Peşavardakı təmsilçisinin sözlərinə görə, Pakistan-Əfqanıstan sərhədində, Şaval vadisində ABŞ-ın pilotsuz uçan qurğularının bombardmanı nəticəsində 7 yaraqlı zərərsizləşdirilib.

O, deyib ki, Kund bölgəsindəki sığınacaqlara ilk həmlədə 4 yaraqlı, Mangroti rayonundakı sığınacaqların ikinci dəfə bombalanması nəticəsində isə Özbəkistandan olan 3 yaraqlı öldürülüb.

Son xəbərlər

Orphus sistemi