​Pakistanda silahlılar avtobusa hücum edərək 19 nəfəri öldürüblər

​Pakistanda silahlılar avtobusa hücum edərək 19 nəfəri öldürüblər Hələlik heç bir terrorçu qruplaşma cinayətin məsuliyyətini üzərinə götürməyib
Digər ölkələr
30 May , 2015 12:43
​Pakistanda silahlılar avtobusa hücum edərək 19 nəfəri öldürüblər

Bakı. 30 may. REPORT.AZ/ Pakistanın Bəlucistan əyalətində silahlılar iki hücum edərək, sərnişinlə dolu avtobusu atəşə tutması nəticəsində azı 19 nəfər ölüb.

"Report" xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb.

Xəbərə görə, hadisə ölkənin Bəlucistan əyalətinin mərkəzi Kvettadan cənubda yerləşən Mastunqa rayonunda baş verib. O biri hadisə isə Karaçi şəhərində olub. Orada terrorçular sərnişinləri avtobusdan düşürərək, sıraya düzlənmələrini tələb ediblər. Dinc sakinlər buna əməl etdikdən sonra silahlılar onları güllələyib.

Hələlik heç bir terrorçu qruplaşma cinayətin məsuliyyətini üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi