​Pakistanda partlayış törədilib, azı 10 nəfər yaralanıb

​Pakistanda partlayış törədilib, azı 10 nəfər yaralanıb Polisin məlumatına görə, partlayışdan sonra binadan atəş səsləri də eşidilib
Digər ölkələr
19 Aprel , 2016 11:52
​Pakistanda partlayış törədilib, azı 10 nəfər yaralanıb

Bakı. 19 aprel. REPORT.AZ/ Pakistanın şimal-qərbində Xeybər-Paxtunxva əyalətinin Mardan şəhərində yerli vergi bölməsinin binası qarşısında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 10 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "DawnNews" telekanalı məlumat yayıb.

Təhlükəsizlik rəsmiləri deyib ki, partlayışdan sonra binadan atəş səsləri də eşidilib.

Qeyd edək ki, ötən il Mardanda törədilən partlayış nəticəsində 26 nəfər ölmüşdü, 50 nəfər isə yaralanmışdı. 

Son xəbərlər

Orphus sistemi