​Pakistanda partlayış olub, 11 nəfər yaralanıb

​Pakistanda partlayış olub, 11 nəfər yaralanıb Sapyorlar bombada 600 qram partlayıcı maddənin olduğunu bildiriblər
Digər ölkələr
5 İyul , 2016 12:55
​Pakistanda partlayış olub, 11 nəfər yaralanıb

Bakı. 5 iyul. REPORT.AZ/ Pakistanın şimal-şərqində Xeybər-Paxtunxva əyalətinin Mardan dairəsində partlayış nəticəsində ikisi polis olmaqla 11 nəfər yaralanıb.

"Report" "ARY News"a istinadən xəbər verir ki, partlayıcı qurğu dükanının yaxınlığına qoyulub. Sapyorlar bombada 600 qram partlayıcı maddənin olduğunu bildiriblər.

Məlumata görə, polis partlayıcı qurğunu quraşdıran silahlıların ələ keçirilməsi istiqamətində əməliyyat keçirib.

Son xəbərlər

Orphus sistemi