Pakistanda məsciddə partlayışda ölənlərin sayı 25 nəfərə çatıb - YENİLƏNİB

Pakistanda məsciddə partlayışda ölənlərin sayı 25 nəfərə çatıb - YENİLƏNİB Hadisənin məsuliyyətini hələlik heç bir terrorçu qruplaşma üzərinə götürməyib
Digər ölkələr
16 Sentyabr , 2016 18:01
Pakistanda məsciddə partlayışda ölənlərin sayı 25 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 16 sentyabr. REPORT.AZ/ Pakistanın Mahmond muxtar əyalətindəki məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu əyalət hökumətinin təmsilçisi Nəvid Əkbər bildirib. 

Qeyd edək ki, bu əyalət Əfqanıstanla sərhəddə yerləşir.

*** 15:05

Pakistanda namaz vaxtı məsciddə törədilən partlayış nəticəsində azı 10 nəfər ölüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, partlayışı terrorçu-kamikadze törədib.

Məlumata görə, partlayışın məsuliyyətini hələlik heç bir terrorçu qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi