​Pakistanda Kərbəla matəminə hücum nəticəsində 22 nəfər ölüb

​Pakistanda Kərbəla matəminə hücum nəticəsində 22 nəfər ölüb Ölənlərin arasında qadın və uşaqlar da var
Digər ölkələr
24 Oktyabr , 2015 09:57
​Pakistanda Kərbəla matəminə hücum nəticəsində 22 nəfər ölüb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Pakistanın cənubunda Sind əyalətinin Yakubabad şəhərində Kərbəla matəmi ilə bağlı mərasimə toplanan şəxslərə edilən hücum nəticəsində 22 nəfər ölüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda rayonun polis rəisi Xuda Buks bildirib.

Onun sözlərinə görə, basqın intiharçı-terrorçu tərəfindən törədilib. Polis rəisi deyib ki, ölənlərin arasında qadın və uşaqlar da var. Hadisə nəticəsində onlarla mərasim iştirakçısı yaralanıb.

Bu, son bir həftədə Pakistanda həyata keçirilən üçüncü terror hadisəsidir. Ölkənin Bəlucistan əyalətindəki məsciddəki partlayış nəticəsində 10 nəfər, əyalətin mərkəzi Kuetta şəhərində sərnişin avtobusundakı minanın partladılması nəticəsində isə 11 nəfər həyatını itirmişdi. 

Son xəbərlər

Orphus sistemi