​Pakistanda hərbi məktəbə basqın nəticəsində ölənlərin sayı 126-ya çatıb - YENİLƏNİB

​Pakistanda hərbi məktəbə basqın nəticəsində ölənlərin sayı 126-ya çatıb - YENİLƏNİB 122 nəfər isə yaralanıb
Digər ölkələr
16 Dekabr , 2014 15:27
​Pakistanda hərbi məktəbə basqın nəticəsində ölənlərin sayı 126-ya çatıb - YENİLƏNİB

Bakı. 16 dekabr. REPORT.AZ/ Pakistanın Peşavar şəhərindəki hərbi məktəbə "Taliban" silahlı qruplaşmasının üzvlərinin basqını nəticəsində ölən və yaralananların sayı artıb.

"Report" Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, basqın nəticəsində 126 tələbə öldürülüb, 122 nəfər isə yaralanıb.

Pakistan ordusu terrorçuların əlində girov tələbələrin qaldığına dair açıqlama yayıb.

Ölkənin baş naziri Nəvaz Şərif və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Peşavara gedib.

ilk xəbər saat 13:57-də verilib

Bakı. 16 dekabr. REPORT.AZ/ "Taliban" yaraqlıları Pakistanın Peşavar şəhərinin şimal-qərbindəki hərbi məktəbə girərək 500 tələbəni girov götürüb.

"Report" Türkiyənin "NTV" saytına istinadən xəbər verir ki, hadisə yerində olan KİV nümayəndələri məktəbdə silah səslərinin eşidildiyini bildirib. Atışma nəticəsində 104 nəfər həlak olub. 100-dən çox şəxs yaralanıb.

Pakistan ordusu ilə "Taliban" yaraqlıları arasında atışma davam edir.

Son xəbərlər

Orphus sistemi