​Pakistanda helikopterin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb

​Pakistanda helikopterin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb Qəza nəticəsində pilotlarda daxil olmaqla 6 nəfər ölüb
Digər ölkələr
8 May , 2015 16:57
​Pakistanda helikopterin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb

Bakı. 8 may. REPORT.AZ/ Pakistanda "Mi-17" helikopterinin qəzaya uğramasının ilkin səbəbi kimi texniki nasazlıq göstərilir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Pakistan ordusunun mətbuat katibi general Asim Bacava bildirib.

O qeyd edib ki, ilkin araşdırmaya əsasən, üçüncü helikopterin enişi nəticəsində qəzanın baş verməsi texniki nasazlıqdan qaynaqlanıb: "Digər iki vetolyot uğurla enib".

Xatırladaq ki, Pakistanda "Mi-17" helikopterinin qəzaya uğraması nəticəsində Norveç və Filippinin bu ölkədəki səfirləri, Malayziya və İndoneziya səfirlərinin xanımları, iki pilot həlak olub.

Polşa və Niderlandın Pakistandakı səfirləri yaralanıblar.

Xəbərdə bildirilib ki, 37 ölkənin təmsilçisi Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsinə üç helikopterdə uçurmuş. Göyərtəsində 11 sərnişin olan helikopter qəzaya uğrayıb. 

Son xəbərlər

Orphus sistemi